Paytaxtın bu ərazilərində qaz təchizatı dayandırılacaq

media-ads_728_90

Sabunçu və Suraxanı rayonunda bir neçə küçənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“TV1” xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində və Suraxanı rayonu, Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi , 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.

media-ads_728_90
Paylaş