Paytaxtın bu ərazisində su kəsiləcək
Bakının Xətai rayonunda su kəsiləcək.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehiyatları Agentliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 16 iyul 22:00-dan 17 iyul axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.