Pezeşkian İranın yeni müdafiə nazirini təyin edib

media-ads_728_90

İran Prezidenti Məsud Pezeşkian Məcid ibn əl-Rzanı ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin edib.

“TV1” xəbər verir ki, bu barədə ölkə KİV-i məlumat yayıb.

Qeyd edək ki, əvvəllər İran XİN-i müdafiə naziri general-leytenant Əziz Nasırzadənin həlak olduğunu təsdiqləmişdi. Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-leytenant Məhəmməd Pakpur, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi və Müdafiə Şurasının katibi admiral Əli Şəmxani də həlak olublar.

media-ads_728_90
Paylaş