PKK özünü ləğv edib
PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb.
“TV1” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, PKK buraxıldığını və Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını elan edib.
Həmçinin qeyd olunuir ki, belə bir qərar partiyanın 5-7 may tarixlərində keçirilən 12-ci qurultayında qəbul olunub.
Qurultayın yekun bəyannaməsində qeyd olunur:
“Qurultay PKK-nın təşkilati strukturunun buraxılması və silahlı mübarizəni dayandıraraq, PKK adı altında təşkilatın fəaliyyətinə son qoyulmasını qət edib”.