Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib

media-ads_728_90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə səfəri ilə bağlı paylaşım edib.

“TV1” paylaşımı təqdim edir:

“Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı. Əminəm ki, Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq”.

media-ads_728_90
Paylaş