Prospekt, küçə, meydan adlarının dəyişdirilməsində bu normalar nəzərə alınacaq
Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.
“TV1” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.