Putin: "Durovla Bakıda görüşməmişəm, onun orada olduğunu da bilmirdim"
“Pavel Durovun heç Bakıda olduğunu bilmirdim. Onunla Bakıda niyə görüşməliydim ki?!”
“TV1” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok iqtisadi forumunun plenar iclasında çıxışında bildirib.
Vladimir Putin Pavel Durovla Bakıda görüşmədiyini vurğulayıb.
O qeyd edib ki, “Teleqram”ın rəhbəri ilə uzun illər öncə Moskvada Kremldə görüşüb.
“Əgər o, mənimlə görüşmək istəyirdisə, biz Moskvada görüşə bilərdik”, – deyə Rusiya Prezidenti əlavə edib.