media-1200x100

Putin: Kurska hücuma görə Ukraynaya cavab veriləcək

media-ads_728_90

Ukraynanın döyüşə hazır bölmələri arasında itkilər kəskin şəkildə artır.

“TV1”  TASS-a istinadən xəbər verir ki, o, Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı iclasda bunları bildirib.

Rusiya prezidenti qeyd edib ki, Kiyev rəhbərliyi Ukrayna xalqını məhv etmək yolunu tutub.

“Rəqib öz hərəkətlərinə layiqli cavab alacaq və xüsusi əməliyyatın bütün məqsədlərinə nail olunacaq. Heç bir fərq qoymadan mülki əhaliyə, mülki infrastruktura zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansısa danışıqlardan söhbət belə gedə bilməz”, – deyə Putin bildirib.

Putin Ukraynanın sərhədyanı rayonlara yeni hücumlarının mümkünlüyünü istisna etməyib.

media-ads_728_90
Paylaş