Qar uçqununa düşmüş hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib
Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cənazəsi ailəsinə təhvil verilib.
“TV1” xəbər verir ki, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər şəhidlər xiyabanında dəfn ediləcək.
Xatırladaq ki, Gədəbəydə qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı. /report/