media-1200x100

“Qarabağ” – “Dinamo” (Zaqreb) oyununun baş hakimi açıqlandı

media-ads_728_90

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

“TV1” AFFA-ya istinadən xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Maykl Oliver olacaq. Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud iş başında olacaq.

Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:45-da başlayacaq.

Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə “Dinamo” 3:0 hesablı qələbə qazanıb.

media-ads_728_90
Paylaş