"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

media-ads_728_90

“Qarabağ” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

“TV1” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 30-cu turda “Səbail”in qonağı olub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:1.

Qalibiyyət qollarını 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52 və 64-cü dəqiqələrdə Leandro Andrade vurub.

Meydan sahiblərində təsəlli qoluna 72-ci dəqiqədə David Qomis imza atıb.

Xallarının sayını 73-ə çatdıran “Qarabağ” liderdir. Paytaxt klubu 20 xalla sonuncu – 10-cu yerdədir.

Qeyd edək ki, tura aprelin 13-də yekun vurulacaq.

media-ads_728_90
Paylaş