media-1200x100

Qarabağ Universiteti tələbələrinin Xankəndidə yerləşdirilməsinə başlanılıb

media-ads_728_90

Qarabağ Universiteti tələbələrinin Xankəndiyə gəliş prosesi artıq başlayıb.

“TV1” xəbər verir ki, bu barədə Universitetin məlumatında bildirilir.

Qeyd edilib ki,16 sentyabr tarixindən tələbələrin Universitet nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir.

Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub.

Tələbələrin Xankəndiyə gəliş prosesi mərhələli şəkildə 22 sentyabr tarixinədək davam edəcək.

media-ads_728_90
Paylaş