Qarabağ və Dilbaz atlarına 500 min manat xərclənib
2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən Qarabağ və Dilbaz cins atlarının çoxaldılması, cinslərinin yaxşılaşdırılması məqsədilə 500 min manat vəsait ayrılıb.
“TV1” xəbər verir ki, bu, “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, ötən il barama qurutma məntəqələrinə maliyyə yardımının verilməsinə, barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanmasına və digər kənd təsərrüfatı tədbirləri məqsədilə 0,5 milyon manat, barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanması məqsədilə isə 0,2 milyon manat (Qax Damazlıq İpəkçilik Stansiyasına), kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkil edilməsinə 0,1 milyon manat, Kənd Təsərrüfatı Nazirliyi sistemində informasiya texnologiyalarının və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinin genişləndirilməsinə 0,9 milyon manat, dövlət proqramlarının icrasına 0,3 milyon manat, ortofotoların hazırlanması və süni intellektin tətbiqinə isə 10 milyon manat olmaqla ümumilikdə 12,5 milyon manat vəsait ayrılıb.