Qazaxıstan hərbçiləri Azərbaycanda - Birgə taktiki-uçuş təlimində iştirak edəcəklər

media-ads_728_90

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan – 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstan Respublikasından cəlb olunan heyət ölkəmizə gəlib.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

HHQ-nin “N” hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

media-ads_728_90
Paylaş