Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir - Azərbaycan Prezidenti

media-ads_728_90

“Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir”.

“TV1” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.

“Son illər Prezidentin (Kasım-Jomart Tokayev – red.) həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmlənir.

media-ads_728_90
Paylaş