Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb

media-ads_728_90

Noyabrın 6-da Qazaxıstandan Azərbaycan və Gürcüstandan tranzit keçməklə 15 ədəd vaqon rəsmiləşdirilərək Biləcəri stansiyasından Ermənistana yola salınıb.

“TV1” xəbər verir ki, qatar artıq Biləcəri stansiyasından yola düşüb.

Qeyd edək ki, qatar Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

media-ads_728_90
Paylaş