Qazaxıstanın nüfuzlu “Caspian News” telekanalı azərbaycanlı həmkarları ilə əməkdaşlığı gücləndirir
Qazaxıstanın nüfuzlu “Caspian News” telekanalı ilə Azərbaycanın “TV1” kanalı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
“TV1” xəbər verir ki, “Caspian News” telekanalında bununla bağlı süjet yayımlanıb.
Süjetdə bildirilir ki, Qazaxıstan və Azərbaycanın telekanalları arasında bu əməkdaşlıq çərçivəsində iki ölkənin media subyektləri arasında təcrübə mübadiləsi aparılacaq, bir sıra ortaq layihələr reallaşdırılacaq.
Eləcə də, Azərbaycan tamaşaçıları Qazaxıstanla bağlı, eyni zamanda Qazaxıstan tamaşaçıları isə ölkəmizlə bağlı çoxsaylı verilişləri izləmək və məlumat almaq fürsəti əldə edəcəklər. Bu memorandum iki qardaş xalq arasında televiziya sahəsində uzunmüddətli əməkdaşlığı özündə ehtiva edir.
Qeyd edək ki, iyunun 12-də Bakı şəhərində Memorandumu “Atırau Akparat” Media Holdinqinin baş direktoru Nurbolat Eleusinov, Qazaxıstan Dövlət Telekanalının Atırau filialının direktoru Talqat Utequlov, “Caspian News” telekanalının direktoru Kazbek Kertaev və “TV1” kanalının baş redaktoru Mədinə Hüsiyeva imzalayıblar.
Посмотреть эту публикацию в Instagram