Qazın talanması, sayğaclara müdaxilə halları var - RƏSMİ
“Qazın talanması, sayğaclara müdaxilə halları var”.
“TV1” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov deyib.
“Qazın talanması hallarında məsuliyyət daha obyektiv şəkildə müəyyənləşdirilməsi və yalnız texniki müdaxiləni edən şəxslər deyil, fayda əldə edənlərin və məsuliyyət daşınması mexanizminin hüquqi əsasla dəstəklənməsi zəruridir. Sayğaclara müdaxilə var və biz son statistikaya baxanda o müdaxilələrdə təqsirkar tərəfi müəyyən etməkdə çətinlik çəkirik. Amma istər-istəməz təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir. Biz istəyirik ki, bu prosesləri ayıraq. Buna görə təkliflər hazırlayırıq və fikirlərimizi rəsmi formada təqdim edəcəyik”, – deyə A.Məmmədov bildirib.