Qəbul imtahanları ilə bağlı RƏSMİ AÇIQLAMA

media-ads_728_90

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdi mayın sonu iyunun əvvəlində keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.

Qeyd olunur ki, dəqiq tarixlər barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 aprel-1 may tarixində aparılacaq.

Qeyd edək ki, martın 16-da DİM ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçirəcək.

media-ads_728_90
Paylaş