media-1200x100-50faiz

Qəbul planı 75 minə çatdırılacaq - Emin Əmrullayev

media-ads_728_90

“Növbəti illərdə ali məktəblərə qəbul planını daha da artırmaq istəyirik”.

“TV1” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır.

“2026-ci ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik”, – deyə E.Əmrullayev qeyd edib.

Xatırladaq ki, bu il 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.

media-ads_728_90
Paylaş