Qəzza müharibəsi girovlar azad edildikdən sonra başa çatacaq - İsrail XİN 

media-ads_728_90

Qəzza zolağında hərbi əməliyyat radikalların saxladıqları bütün girovları dərhal azad etməsindən, Qəzza demilitarizasiya olunduqdan, HAMAS və “İslami cihad” radikal qruplaşmalarının silahlı birləşmələri zolaqdan çıxarıldıqdan sonra başa çata bilər.

“TV1” xəbər verir ki, bunu İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saar Qüdsdə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə birgə mətbuat konfransında deyib.

“Müharibə sabah girovlarımızın azad edilməsi, Qəzzanın silahsızlaşdırılması, HAMAS və “İslami cihad” silahlılarının zolaqdan çıxarılması ilə başa çata bilər. Diplomatik vasitələrlə məqsədlərimizə çatmaqdan şad olardıq. Amma bu mümkün olmasa, hərbi səylərimizi davam etdirməkdən başqa çarəmiz yoxdur”, – deyə Saar qeyd edib.

İsrailin xarici işlər naziri əlavə edib ki, Yaxın Şərqdə sabitlik və deradikalizasiya zəifliklə əldə edilə bilməz: “Artıq bir həftədir ki, İsrail Qəzzada terror dövləti olan HAMAS-a qarşı fəaliyyət göstərir. İsrail ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun müvəqqəti atəşkəsin uzadılması təklifi ilə razılaşıb, amma HAMAS bunu iki dəfə rədd edib. Radikallar hələ də 59 vətəndaşımızı girov saxlayırlar, bizə seçim qoymayıblar”.

G.Saar sonda deyib ki, Qəzza zolağında atəşkəsin davam etdiyi 42 gün ərzində İsrail Qəzzaya humanitar yardım daşıyan 25 min yük maşını buraxıb.

media-ads_728_90
Paylaş