İraq Qəzza və Livanın bərpasına vəsait ayıracaq
“İraq Qəzza zolağı və Livanın bərpası üçün ayrı-ayrılıqda 20 milyon dollar ayıracaq”.
“TV1” xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani Bağdadda Ərəb Dövlətləri Liqasının 34-cü sammitinin açılışında bildirib.
“Biz birgə fəaliyyəti aktivləşdirmək üçün 18 təşəbbüs elan edirik. İraq Qəzza və Livanın bərpası üçün ayrı-ayrılıqda 20 milyon dollar vəsait ayıracaq”, – deyə o qeyd edib.