Qəzzada atəşkəs sabah qüvvəyə minəcək
Qəzza zolağında atəşkəs yanvarın 19-u yerli vaxtla səhər saat 8:30-da başlayacaq.
“TV1” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari “X” platformasındakı paylaşımında bildirib.
“Biz sakinləri ehtiyatlı olmağa, maksimum diqqətli davranmağa və rəsmi mənbələrdən təlimatları gözləməyə çağırırıq”, – deyə Əl-Ansari əlavə edib.