Qəzzada son sutkada 37 nəfər ölüb
Qəzza zolağında son 24 saat ərzində 37 fələstinli həlak olub.
“TV1” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Vurğulanıb ki, artıq İsrail ordusu Fələstin anklavının cənubunda yerləşən Rəfah şəhərinin şərqində və Qəzzanın şimalında yerüstü əməliyyata başlayıb.