Qəzzada son sutkada ölənlərin SAYI
İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində 78 nəfər ölüb.
“TV1” xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Qəzza zolağında son 24 saat ərzində 78 nəfər həlak olub, daha 6 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Nazirlik həmçinin bildirib ki, son 24 saat ərzində ən azı 168 yaralı anklavdakı xəstəxanalara çatdırılıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən İsrailin bölgədəki hərbi əməliyyatları nəticəsində 51 439 fələstinli həlak olub, 117 416 nəfər isə yaralanıb. 2025-ci il martın 18-dən bəri ölənlərin sayı 2062-yə çatıb, 5375 nəfər yaralanıb.