Qəzzada son sutkada ölənlərin SAYI

media-ads_728_90

Son sutka ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 76 nəfər həyatını itirib, 200-dən çox insan isə yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail Ordusu Xan Yunisdəki bir yaşayış evinə zərbə endirib, nəticədə yeddi uşaq daxil olmaqla bir neçə nəfər həlak olub.

Cəbaliyədə yerləşən yaşayış binasına da hücum edilib, dağıntılar altında sağ qalanların axtarışı davam edir.

media-ads_728_90
Paylaş