Qırğızıstanın Balıqçı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təlimləri, həmçinin, “Axtarış” və “Eşelon” xüsusi təlimləri başlayıb. Təlimlərə 1,500-dən çox hərbçi və 200-dən çox hərbi texnika cəlb edilib.
“TV1” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.
Təlimlərin planına əsasən, hərbi qulluqçular Mərkəzi Asiya regionunda silahlı münaqişənin həlli üzrə hazırlıq və birgə əməliyyat keçirəcəklər.