Qırmızı Aypara Cəmiyyəti: İranda ölənlərin sayı 555-ə çatıb
İsrail və ABŞ-nin İranda birgə hərbi əməliyyatının başlanmasından bəri həlak olanların sayı 555-ə çatıb.
“TV1” BBC-yə istinadən xəbər verir ki, bu məlumatı İranın Qırmızı Aypara Cəmiyyəti açıqlayıb.
“ABŞ və İsrailin zərbələri nəticəsində İranda ümumilikdə 555 nəfər həlak olub”, – deyə məlumatda bildirilib.
Bundan əlavə, hücumlar nəticəsində ölkənin 130 şəhərində dağıntılar və zərər qeydə alınıb.








