Qocalar evində YANĞIN - 9 ölü, 30 yaralı
ABŞ-nin Massaçusets ştatında “Gabriel House” qocalar evində baş verən yanğın nəticəsində 9 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.
“TV1” xəbər verir ki, “ABC News” telekanalının məlumatına görə, yanğın iyulun 13-də axşam saatlarında baş verib.
Qocalar evində təxminən 70 nəfər olub. Yaralananlar xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, yanğının söndürülməsinə təxminən 50 yanğınsöndürən cəlb edilib.