"Qonşular" Estrada Teatrı "Yeddi aktyor istərəm" konsert proqramı ilə çıxış edib - FOTO

media-ads_728_90

“Qonşular” Estrada Teatrının 1 yaşı tamam olur. İncəsənət Universitetinin tələbələrindən ibarət heyət Nizami Kino Mərkəzində bayram konsert proqramı ilə çıxış edib.

Teatr “Yeddi aktyor istərəm” adlı konsert proqramını təqdim edib.

“TV1” xəbər verir ki, konsert proqramında yumoristik səhnəciklər, musiqili nömrələr, miniatüralar, parodiyalar və ənənəvi səhnəcik olan “Qonşular” səhnəciyi baş tutub.

Bu səhnəciklərdə cəmiyyətin qayğıları, sosial münasibətləri və aktual mövzuları yumor, satira və komediya vasitəsi ilə tamaşaçıya təqdim olunub.

Qeyd edək ki, konsert proqramı Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr olunub.

Konsert proqramının informasiya dəstəyi “TV1” kanalı tərəfindən həyata keçirilir.

TV1

media-ads_728_90
Paylaş