Qrossi İran-ABŞ danışıqlarına qoşulub
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Cenevrədə İran və ABŞ-ın nüvə dosyesi üzrə danışıqlarına qoşulub.
“TV1” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Cenevrədə ABŞ və İran arasında İranın nüvə proqramı üzrə danışıqların üçüncü raundu aparılır. ABŞ nümayəndə heyətinə prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edir.








