Qubada qadın bıçaqlandı - Şübhəli şəxs qardaşıdır

media-ads_728_90

Qubada bıçaqlanma hadisəsi olub.

“TV1” xəbər verir ki, insident rayonun Xucbala kəndində baş verib.

Əslən Laçın rayonundan olan Ş.Kərimova kəsilmiş-deşilmiş xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onu qardaşı M.Məhərrəmovun bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib. Həmin şəxs hadisədən sonra qaçaraq uzaqlaşıb.

Məlumata görə, hadisəyə kənd sakini E.Salıyevin Sumqayıt şəhərində yaşayan Ş.Kərimovanı qaçırması səbəb olub. Bildirilir ki, qadının qohumları onun yerini öyrənərək kəndə gəlib və yaranan mübahisə zamanı Ş.Kərimovanın qardaşı bacısına bıçaqla ağır xəsarətlər yetirib.

Hadisə ilə bağlı araşdırma aparılır. /qafqazinfo/

media-ads_728_90
Paylaş