Quş qripindən ilk insan ölümü qeydə alınıb

media-ads_728_90

Meksikanın qərbində üç yaşlı uşaq quş qripindən ölüb.

“TV1” xəbər verir ki, ölümə infeksiyanın yaratdığı tənəffüs yollarının ağırlaşması səbəb olub.

Yerli hakimiyyət orqanları xəstənin təmaslarını izləyib və əlavə yoluxma hadisəsinin aşkar edilmədiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son iyirmi il ərzində 24 ölkədə quş qripi A (H5N1) virusuna yoluxma halları nəticəsində 464 nəfər ölüb.

media-ads_728_90
Paylaş