Rafael Qrossi İrana buraxılmayacaq

media-ads_728_90

İran hökuməti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin ölkənin nüvə obyektlərinə girişini təmin etməyəcək və agentlik üçün orada videomüşahidə aparmağa icazə verməyəcək.

“TV1” xəbər verir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb.

Bildirilir ki, bunu İran parlamentinin vitse-spikeri Həmid-Reza Hacı Babayi bəyan edib.

O bildirib ki, Tehran bu addımı İsrail hakimiyyətindən əldə edilmiş sənədlərdə İranın nüvə sənayesinin vəziyyəti haqqında məlumatların aşkar edilməsinə görə atıb.

 

media-ads_728_90
Paylaş