Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk milli peyki "Türksat 6A"nın TƏQDİMATINDA

media-ads_728_90

Türkiyənin ilk yerli və milli rabitə peyki olan “Türksat 6A” istifadəyə verilib.

“TV1” “TRT Haber”ə istinadən xəbər verir ki, millli peykin təqdimat mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Türkiyə Prezidenti bildirib:

“Biz öz rabitə peyklərini istehsal edən 11 ölkənin liqasına yüksəlmişik. “Türksat 6A” bizim öz ixtiramızdır, 80%-dən çox türk komponentləri var. Bu sıçrayışlı layihə sayəsində biz tam milli peyk rabitə platformamızı əldə etdik. Yeni rabitə peyki bizim milli texnologiyaların yaradılması çərçivəsində iyirmi illik gərgin və əziyyətli işin nəticəsidir. “TÜRKSAT 6A”nın işə salınması ilə peyk əhatə dairəmiz artıq dünya üzrə əvvəlki kimi 3,5 deyil, 5 milyard insanı əhatə edəcək”.

Xatırladaq ki, peyk 2024-cü il iyulun 9-da “SpaceX” şirkətinin ABŞ-nin Florida ştatında yerləşən “Cape Canaveral” buraxılış mərkəzindən “Falcon 9” raketi ilə kosmosa göndərilmişdi.

media-ads_728_90
Paylaş