media-1200x100

Respublika üzrə pensiyalar sentyabrın 20-də ödəniləcək

media-ads_728_90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

media-ads_728_90
Paylaş