Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edildi - QƏRAR

media-ads_728_90

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib.

“TV1” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.

Həmçinin qaydalarda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti ləğv edilib.

Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatını təqdim edirik:

Sıra

№-si

İxtisasların şifri İxtisasların adı1
1. 7100001 Ağız, üz və çənə cərrahiyyəsi
2. 7100002 Ailə təbabəti
3. 7100003 Anesteziologiya-reanimatologiya
4. 7100004 Aviasiya təbabəti
5. 7100005 Daxili xəstəliklər
6. 7100006 Dermatovenerologiya
7. 7100007 Endodontiya
8. 7100008 Fizioterapiya və tibbi reabilitasiya
9. 7100009 İdman təbabəti
10. 7100010 Kardiologiya
11. 7100011 Mamalıq-ginekologiya
12. 7100012 Məhkəmə-tibbi ekspertiza
13. 7100013 Nevrologiya
14. 7100014 Neyrocərrahiyyə
15. 7100015 Nüvə təbabəti
16. 7100016 Oftalmologiya
17. 7100017 Oral patologiya
18. 7100018 Oral radiologiya
19. 7100019 Ortodontiya
20. 7100020 Ortopedik stomatologiya
21. 7100021 Ortopediya və travmatologiya
22. 7100022 Otorinolarinqologiya
23. 7100023 Parodontologiya
24. 7100024 Pediatriya
25. 7100025 Plastik, rekonstruktiv və estetik cərrahiyyə
26. 7100026 Psixiatriya
27. 7100027 Pulmonologiya
28. 7100028 Radiologiya
29. 7100029 Restorativ stomatologiya
30. 7100030 Sualtı və hiperbarik təbabət
31. 7100031 Şüa onkologiyası
32. 7100032 Təcili tibb
33. 7100033 Tibbi biokimya
34. 7100034 Tibbi genetika

2

35. 7100035 Tibbi mikrobiologiya
36. 7100036 Tibbi patologiya
37. 7100037 Torakal cərrahiyyə
38. 7100038 Urologiya
39. 7100039 Uşaq cərrahiyyəsi
40. 7100040 Uşaq stomatologiyası
41. 7100041 Uşaq və yeniyetmə psixiatriyası
42. 7100042 Ümumi cərrahiyyə
43. 7100043 Ürək-damar cərrahiyyəsi
44. 7100044 Yoluxucu xəstəliklər və klinik mikrobiologiya
media-ads_728_90
Paylaş