Roma Papası ictimaiyyət qarşısına çıxacaq
Roma Papası Fransisk beş həftədən sonra ilk dəfə martın 23-də ikiqat pnevmoniyadan müalicə aldığı Romadakı “Gemelli” xəstəxanasındakı otağının pəncərəsindən xeyir-dua vermək üçün ictimaiyyət qarşısına çıxmağı planlaşdırır.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Fransiskin sabah günorta saatlarında xəstəxananın pəncərəsinə çıxıb dindarları salamlayacağı, onlara xeyir-dua verəcəyi deyilir.
Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-də intensiv müalicə tələb edən ağır respirator infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanada olduğu müddətdə onu yalnız bir dəfə görüblər: keçən həftə Vatikan tərəfindən yayılan fotoşəkildə pontifik xəstəxana kapellasında dua edərkən nümayiş etdirilib.
Fransisk həftəlik günorta dualarını, adətən, bazar günləri Müqəddəs Petro meydanında edir, lakin fevralın 9-dan bəri bu mərasimlər baş tutmur.