Roma Papası Fransisk dəfn edilib - YENİLƏNİB
266-cı Roma Papası Fransisk Santa Maria Maggiore bazilikasında dəfn olunub.
“TV1” xəbər verir ki, mərasim az insanın iştirakı ilə keçirilib.
Fransisk bu kilsədə dəfn edilmiş səkkizinci pontifik oldu.
16:23 ————————————————————————————————————-
Vatikanda Papa Fransisklə vida mərasimi başa çatıb.
“TV1” xəbər verir ki, mərasimi 250 min nəfər canlı izləyib.
12:19 ——————————————————————————————————————————
Roma Papası Fransiskin dəfn mərasimi keçirilir.
“TV1” xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Mərasimə dövlət və hökumət başçıları, ruhanilər, dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar qatılıb.
Dəfn mərasimi Vatikanda Müqəddəs Pyotr meydanında keçirilir.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. O, 2013-cü ildən Roma Papası vəzifəsini icra edib.