Roma Papasının səhhəti ilə bağlı SON AÇIQLAMA
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk martın 23-də xəstəxanadan evə buraxılacaq.
“TV1” xəbər verir ki, bunu Romadakı “Gemelli” xəstəxanasının həkimləri açıqlayıblar.
Həkimlər 38 gün xəstəxanada müalicə olunan pontifikin son iki həftədir vəziyyətinin sabit qalmaqda davam etdiyini bildiriblər. Roma Papasında pnevmoniyanın aradan qalxdığı, digər infeksiyaların azaldığı açıqlanıb.
Papa Fransisk Vatikandakı Santa Marta iqamətgahına yollanacaq. Roma Papasının kütləvi ziyarətlərdən və sıx fiziki fəaliyyətdən çəkinməsi tövsiyə olunub. Ənənəvi “Angelus” duasının isə yazılı şəkildə ictimaiyyətə açıqlanacağı bildirilib.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.