Ronaldo Ginnesin Rekordlar kitabına düşüb

media-ads_728_90

Kristiano Ronaldoya “Ginnesin Rekordlar Kitabı”na düşməsi münasibətilə mükafat təqdim edilib.

“TV1” xəbər verir ki, bu mükafat 40 yaşlı hücumçuya UEFA Millətlər Liqasının 1/4 finalı üzrə Portuqaliya – Niderland (5:2) oyunundan öncə verilib.

Belə ki, Serxio Ramosun rekordunu geridə qoyan (131) Kristiano milli komandada 132 qələbə qazanıb.

O, bu nailiyyətə 2003-cü ilin avqustundan 2024-cü ilin noyabrına qədər olan müddətdə nail olub. Portuqaliya millisi sonuncu dəfə ötən ilin 16 noyabrında Polşanı məğlub edib (5:1). Sözügedən matçda Ronaldo dubla imza atmışdı.

media-ads_728_90
Paylaş