media-1200x100

Rövzət Qasımov: "Seçki bülletenləri məntəqə seçki komissiyalarına paylanılır"

media-ads_728_90

“Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenləri məntəqə seçki komissiyalarına paylanılır”.

“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O, avqustun 29-dək bu prosesin başa çatdırılacağını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

media-ads_728_90
Paylaş