Rusiya-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB
Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
“TV1” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Danışıqlar 12 saatdan çox davam edib.
xxx
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “The Ritz-Carlton” hotelində ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
“TV1” TASS-a istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında keçirilir.
Səudiyyə krallığının Təhlükəsizlik Xidmətinin əməkdaşları yerli və beynəlxalq jurnalistlərə hotel ərazisini tərk etməyi tapşırıb.
Qeyd edək ki, Rusiyanı görüşdə Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda təmsil edəcək. ABŞ nümayəndə heyətinin tərkibinə isə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloqun köməkçiləri və milli təhlükəsizlik müşaviri Mayk Uolts daxildir.
Xatıeladaq ki, bundan öncə danışıqlar mart ayının 23-də olub.