Rusiya-ABŞ danışıqları keçiriləcək - Bu tarixdə

media-ads_728_90

Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya-ABŞ nümayəndə heyətləri arasında növbəti danışıqlar mərhələsi bu gün Ər-Riyadda Bakı vaxtı ilə 11:00-da başlayacaq.

“TV1” xəbər verir ki, görüşün Səudiyyə paytaxtında yerləşən “The Ritz-Carlton” hotelində keçiriləcəyi bildirilir.

Rusiyanı görüşdə Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda təmsil edəcək. ABŞ nümayəndə heyətinin tərkibinə isə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloqun köməkçiləri və milli təhlükəsizlik müşaviri Mayk Uolts daxildir.

Xatıeladaq ki, bundan öncə danışıqlar mart ayının 23-də olub.

media-ads_728_90
Paylaş