Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxıb
Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün sərhəd-keçid məntəqələrindən çıxarılıb. Hazırda bu məntəqələrdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları xidmət aparır.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, 2025-ci ilin mart ayından Ermənistan-Türkiyə dövlət sərhədindəki “Marqara”, 2026-cı ilin əvvəlindən etibarən isə “Axurik” sərhəd-keçid məntəqəsi Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarətinə keçib.
Qeyd olunur ki, hazırda Ermənistanın dövlət sərhədində fəaliyyət göstərən bütün sərhəd-keçid məntəqələri Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları tərəfindən tam nəzarət altına alınıb.








