Rusiya Hindistan və Pakistana ÇAĞIRIŞ ETDİ

media-ads_728_90

“Moskva Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın kəskinləşməsindən dərin narahatdır”.

“TV1” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırır”, – deyə o, bildirib.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində 26 nəfər ölüb, 46 nəfər xəsarət alıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və Hindistanın beş qırıcısı vurulub.

media-ads_728_90
Paylaş