media-1200x100

Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

media-ads_728_90

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.

“TV1” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.

Prezidentlər birgə foto çəkdiriblər.

media-ads_728_90
Paylaş