Ermənistan Rusiyadan buğda tədarükündə köməyə görə Azərbaycana təşəkkür edib - VİDEO

media-ads_728_90

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Rusiya taxılını Azərbaycan üzərindən Ermənistana daşıyan qatarın tezliklə Ermənistana gələcəyini açıqlayıb.

“TV1” xəbər verir ki, bu barədə o, “Armenpress”ə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiyadan Ermənistana taxıl aparan qatar artıq Azərbaycan ərazisindən Gürcüstana doğru keçir:

“Rusiya taxılını daşıyan qatar tezliklə Ermənistana gələcək. Azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirəm. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından bu hadisə böyük əhəmiyyət kəsb edir”.

Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib.

media-ads_728_90
Paylaş