Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüşəcəklər
Rusiya və Ukrayna nümayəndələri aprelin 15-16-da Türkiyədə görüşəcəklər.
“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, tərəflər Ankarada bir araya gələcəklər. Görüş çərçivəsində Qara dənizin təhlükəsizliyinin müzakirə olunacağı gözlənilir.
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirib ki, aprelin 15-16-da Ankarada xarici ölkələrin hərbi nümayəndələri ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçiriləcək.
“Aprelin 15-16-da Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında Rusiya və Ukrayna arasında mümkün atəşkəs fonunda Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı toplantı keçiriləcək. Xarici ölkələrin hərbi nümayəndələrinin iştirakı ilə Qara dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspekti müzakirə olunacaq”, – deyə məlumatda vurğulanıb.