Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib
Rusiyanın Kamçatka vilayəti ərazisində “Mi-8” helikopteri yoxa çıxıb.
“TV1” xəbər verir ki, “interfax.ru”nun yaydığı məlumata görə, Yelizovsk rayonunun Nikolayevka qəsəbəsinə istiqamətlənən “Vityaz Aero” adlı helikopter bir neçə dəqiqədən sonra radarlardan itib.
Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb ki, Kamçatkada radardan itən helikopterin göyərtəsində 22 nəfər olub.
Bildirilib ki, 22 nəfər arasında üç ekipaj üzvü və 19 sərnişin var. “112” teleqram kanalı Mi-8-də turistlərin ola biləcəyini yazıb.
Rusiya İstintaq Komitəsi Mi-8 helikopterinin Kamçatkada Vaçkajets vulkanı yaxınlığında yoxa çıxdığını, hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparıldığını açıqlayıb.